Kifayət qədər maye qəbul edin!

Orqanizm çox maye tələb edir.

Suyu kiayət qədər için, çünki hamiləlik zamanı orqanizmin suya ehtiyacı var. O, həm aparıci vasitə kimi xidmət edir, həm də əlavə qanın və amniotik mayenin formalaşmasına kömək edir, eləcə də sizin doğulmamış körpənizi qidalanma ilə təmin edir. Təbii içkilərə, məsələn, mineral su, meyvəli şirələr (suda həll olunmuş), tərəvəz şirələri, meyvəli və bitki çayları aiddir.

Nədən imtina etmək lazımdır?

Hamilə qadınlar təmiz meyvə nektarını, meyvə şirələrini və limonad içkilərini məhdudlaşdırmalıdırlar, çünki onların tərkibində çox miqdarda şəkər olduğuna görə lazımsız kalori artır. Bundan əlavə, siz uşaqların sağlamlığı naminə spirtli içkilərin istifadəsindən tamamilə imtina etməlisiniz.

Qəhvəni və qara çayın istifadəsini mümkün qədər (gün ərzində 2-3 fincan) azaltmaq tövsiyə olunur, çünki çox miqdarda kofein ana və uşağa mənfi təsir göstərə bilər. Kofeinsiz qəhvə və ya ətirli çay içmək daha yaxşıdır.

Susuzluğunuz olmasa belə maye içməlisiniz!

Kim çox içə bilmirsə, kömək edə bilərik. İstədiyiniz içkiləri günün eyni zamanında için, məsələn, səhər, nahar fasiləsində və iş gününün sonunda. İçməyi öyrənmək- təlim məsələsidir, çünki biz tez-tez sadəcə bu barədə unuduruq. Hətta susuzluğu olmayanlara belə  maye lazımdır. Buna görə həmişə yanınızda, yazı və ya mətbəx masasında şüşədə mineral su və ya termosda çay saxlayın və bilin ki, laktasiya zamanı orqanizmin mayeyə təlabatı daha da artır.

Mayeyə təlabat

Hamilə olmayan qadınHamilə qadınQidalandıran qadın
İçkilər1410 ml1470 ml1710 ml
Quru yemək860 ml890 ml1000 ml
Ümumi2270 ml2360 ml2710 ml
Yüksək təlabat +90 ml+440 ml