Balanslaşmış uşaq qidası

Uşağın qidalanma rasionunda müxtəliflik niyə indi tövsiyə olunur?

Əlavə qidalanmanın ilk aylarında uşaq xüsusən yeni dadlara həssasdır. Əgər artıq bu erkən yaşda uşağa sağlam qida təklif olunursa, onu müxtəlif sağlam qidaya alışdırmaq asandır. Əvvəl allergiyanın qarşısını almaq üçün müxtəlif rasion tövsiyə olunmurdu. Bu gün çox saylı elmi tədqiqatlar göstərir ki, müxtəlif qida rasionu güclü immuniteti üçün çox vacibdir. Uşaqlar əlavə qidalanma zamanı balığın, yumurtanın və ya südün dadı ilə tanış olmalıdırlar.

Bu tövsiyələri mən öz təcrübəmdə necə istifadə edə bilərəm?

Naharda qidanın qəbulu bu əlavə qidalanmanın ilk tam istifadəsidir. Körpəniz tezliklə qaşıqdan yeməyi öyrənən kimi siz ona müxtəlif qidanı təklif edə bilərsiz. Bu gün ona dana əti ilə yerkökü, növbəti gün hind toyuğu ilə qarğıdalı təklif edin. Bir sıra tərəvəz, ət və balıq vasitəsilə siz körpənizin rasionunu müxtəlif edə bilərsiniz.

Tərəvəz menyusunda analar nəyə diqqət etməlidir?

Bir neçə qaşıq ilə (təxminən 50 q) meyvəli püreni və ya şirəni körpənizi qidalandırın. Bu tərəvəzdən və dənli bitkilərdən olan dəmirin mənimsənilməsinə kömək edir. Uşağın sağlam inkişafı üçün dəmir çox vacibdir, çünki dəmir onun qanyaradıcı prosesində mühüm rol oynayır. 

Tərəvəz menyusunun tərkibində tam yarma (yulaf, arpa) və dənli paxlalı, məsələn mərci olmalıdır.

 

Meyvəli pürenin və şirənin tərkibində olan vitamin “C” dəmirin yaxşı sorulmasına kömək edir.Gün ərzində bir neçə qaşıq meyvəli püre və ya şirə kifayətdir.