Çəki artımı

Bir çox qadınlar suallar verir: "Nə qədər çəki artırmaq olar ki, normadan kənar çıxmayasan?" Bu məsələ ilə bağlı hələ ümumi bir fikir yoxdur, çünki hər bir hamiləlik fərdi keçir.

Əgər qadın hamiləlikdən əvvəl arıqıdırsa, onun bir az çəki yığması təhlükəsizdir. Əgər bədənin çəki indeksi (BÇİ) 18,5 aşağıdırsa, hamiləlik zamanı 12,5-18 kq qədər artım tövsiyə olunur. Normal çəkili qadınlara (BÇİ 18,5-24,9) orta hesabla 11,5-16 kq artım tövsiyə olunur. Qadınların hamiləlikdən əvvəlki bədəninin çəki indeksi 25,0-29,9 təşkil edirdisə, çəkininin artımının həddən artıq olmaması üçün nəzarət etməyi tövsiyə olunur (təxminən 7-11,5 kq).

Şişirtməyin!

Tərəzidən asılı olaraq, özünüzə bəraət qazandırmayın. Çünki qinekoloqlar hər müayinə zamanı sizin çəkinizin norma hüdudlarına daxil olub olmamasını yoxlayır. Bir qayda olaraq, kaloriya təlabat hamiləliyin 4-cü ayından etibarən təxminən 250 kkal artır. Əsas vitaminlərə və mineral maddələrə təlabat hamiləliyin əvvəlindən artır. Buna görə hamiləlik boyunca, həmçinin ana südü ilə qidalandıran zaman qidalanmanızın balanslaşdırılmasına nəzarət edin. 

Hamiləlik zamanı əlavə qidalı maddələri haqqında ətraflı məlumat

Hamiləliyin ilk üç ayında bir çox qadınlarda ürək bulanma və qusma halları qeyd olunur, bu isə o deməkdir ki, çəki artımı çox cüzi ola bilər. Bəzi qadınlar bu dövrdə hətta çəki də itirirlər. İkinci və üçüncü üç aylıq dövrdə çəkidə həftəlik artım (ilkin çəkidən asılı olaraq) 300-500 qr arasındadır. Hamiləliyin sonunda qadın az hərəkət edir və enerjiyə təlabatı yenə azala bilər. Bir qayda olaraq, hər bir hamilə qadının enerjiyə faktiki ehtiyacı fərqlidir.

Hamiləlik zamanı pəhriz qadağandır!

Hamiləlikdən əvvəl artıq çəkiniz varsa bu Sizə hamilə olandan sonra arıqlamağa əsas vermir, bu uşağı qidalı maddələrlə təmin etməyə mənfi təsir göstərə bilər.

Bundan əlavə, həm pəhriz, həm də siqaret çəkən zaman qan dövranına və beləliklə sizin doğulmamış körpənizə çoxlu miqdarda zərərli maddələr keçir.

* BÇİ –bədən çəkisinin indeksi: bədən çəkisinin və boyun nisbəti

Hesab: bədən çəkisi (kq)  boyun kvadratına bölünür. Misal: 60 kq: (1,60m)²= 23,4 kg/m² Normal çəkili qadınlar üçün BÇİ göstəricisi - 18,5-24,9 kg/ m²