Yod orqanizmin maddələr mübadiləsi üçün çox vacibdir, xüsusilə də tiroid bezi üçün. O, orqanizmdə enerji idarəetməsini, hər şeydən əvvəl isə fiziki və zehni inkişafı tənzimləyir. Və yalnız bu hormonların “yanacaq” kimi yoda ehtiyacı var. Yod çatışmayanda tiroid bezi böyüyür- hətta vizual olaraq bunu görmək olur. Bu məşhur qalxanabənzər vəzi xəstəliyidir.
Hamiləliyin 12-ci həftəsindən tiroid bezi hormonlarının formalaşması başlayır. Bu zaman ananın kifayət qədər yod qəbul etməsi çox vacibdir. Eyni zamanda nəzərə alınmalıdır ki, hamiləlik zamanı ananın yoda əlavə ehtiyacı yaranır.