Sink – fermentlər üçün mühərrik

Sink niyə bu qədər vacibdir?

Kəmiyyətinə görə sink 2 qr–lıq kiçik bir hissə ilə orqanizmdə mühüm rol oynayır. Bu iki qram bizim orqanizmimiz, bütöv maddələr mübadiləsi üçün gərəklidir. Sink bizim orqanizmimizdə çox şaxəli tapşırıqları öz üzərinə götürür.

Onun əsas funksiyası fermentləri aktivləşdirməkdir. Bütün fermentlərin 70%-dən çoxuna sink mühərrik kimi lazımdır. Və onlar yalnız sinkin köməyi ilə aktivləşirlər. Orqanizmdə olan fermentlər sadəcə balaca bir katalizator hesab olunur: Onlar orqanizmdə olan hər reaksiya növünü asanlaşdırır.

Sinkin immun sisteminə müsbət təsiri onun yara sağaldıcı kimi təsir göstərməsidir. Bununla yanaşı sink hüceyrə divarlarının stabilizatoru, insulinin saxlanması və dərinin, saçın güclənməsi üçün əvəzolunmaz maddədir.

Yaxşı sink təchizatçısı

Bir hamilənin orqanizmi gün ərzində 10 mq sinkə ehtiyac duyur (süd verənlər 12 mq). O, mal ətində, ciyərdə, həmçinin noxud, yulaf və buğdada mövcuddur. 

Sink çatışmazlığı əlamətləri

Orqanizm sinki az qəbul etdiyi zaman yaralar gec sağalır, dünyaya gəlməmiş körpə buna uyğun olaraq kifayət qədər böyümür. Sink təchizatının ilkin həyacan siqnalları ananın dad və iybilməsində maneələrin olmasıdır. Ancaq zamanla bu itə də bilər. Buna baxmayaraq bu məsələyə barmaqarası baxmamalı və bunu həkiminizlə mütləq müzakirə etməlisiniz!