Hamiləlik təqvimi

"Ana ilə mənim ilk həftəm – unudulmaz bir təcrübədir."

5-8

Hamiləliliyin 5-8 – ci həftəsi, təbriklər,

Siz hamiləsiniz!

Hamiləliyin ikinci ayından artıq körpənin başı gözlər və qulaqlarla inkişaf etməyə başlayır. Və bununla yanaşı ürək də döyünməyə başlayır. 8-ci həftənin sonuna yaxın Sizin körpəniz təxminən 1 sm uzunluğunda və 3 qr çəkidə olur.

Sizin körpəniz bunu düşünür

“Mən sənə deyə bilərəm ki, hal-hazırda mənə də sirr olan bir sürətlə işləyirəm.

Hər gün yeni bir şey inkişaf edir. Ayın sonunda mən insan üçün xarakterik olan bir çox şeylərlə təchiz olunmuş balaca bir körpə olacam. Yaxşı, amma mən hələ də bəzi hissələr üzərində işləməliyəm.

Məndə belə bir hiss var ki, sənin üçün bu bir az yavaşdır. Bu gün yorğunsan, elə deyilmi? Zamanla sən özünü yorğun hiss edə bilərsən. Yaxşı olar ki, sən harada və nə zaman olursa olsun dincələsən. Sən görəcəksən ki, bir, iki ay ərzində formada olacaqsan və əhval ruhiyyən yenidən yaxşı olacaq.“

Hamiləliyin 9 - 12-ci həftəsi

Siz indi hələ nəyi hiss edə bilməzsiniz

Sizin körpəniz artıq ayaqlarını tərpətməyə başlayacaq. Eyni zamanda damaqlar və ağ ciyərlər inkişaf etmişdir. Dişlər, dırnaqlar və cinsiyyət orqanları inkişaf etməyə başlayır. 12-ci həftənin sonunda doğulmamış körpə təxminən 7.5 sm uzunluğunda və 14 qr çəkidə olur. İndi sizin qarşınızda ilk tibbi müayinə və həkiminizlə hamiləliyə dair bütün vacib sualların müzakirəsi tapşırığı durur.

Artıq belə bir hiss yaranır ki, Siz artıq hər hansı bir doğuşa hazırlıq kursuna getməli, doğuş həkiminizi və klinikanızı seçməlisiniz.

Körpəniz bunları düşünür

“Sən əgər mənə baxa bilirsənsə, əlbəttə ki, mənimlə fəxr edə bilərsən.

Mən daha çox fəndlər edə bilərəm. Mən ayaqlarımla vururam (əlbəttə sən hələ bunu hiss edə bilməzsən), qışqırıram və artıq dodağımı dartmağa başlamışam. Axı mən çıxdığımda əmmə refleksini mükəmməl inkişaf etməlidir.

Vəziyyətin necədir? Əgər idmanla məşğulsansa, əla! Amma bunun ləzzətini qaçırma! Unutma ki, iki nəfərik. Əgər nəfəs çatışmazlığın və yüksək ürək döyünmən olarsa, mən də eyni hisləri keçirəcəyəm. Əgər nəyi nə qədər etməyindən əmin deyilsənsə, yaxşı olar ki həkimlə məsləhətləşəsən. Amma bütün bunlara baxmayaraq, bədənini nə qədər yaxşı hazırlasan məni də o qədər asanlıqla daşıya bilərsən. "

Hamiləliyin 13-16-cı həftəsi

İlk reflekslər

Sizin körpəniz artıq baş barmağını əmə və göbək bağını tuta bilir. O, amniotik içkilərdə acı və şirin maddələri fərqləndirə bilir. Qarnınıza işıq düşəndə o, gözlərini yumur. Bu yaxşıdır. Hündürlüyü 15 sm-dir, demək olar ki, tam inkişaf edib. İndi onun hərəkətlərini hiss etməyiniz mümkündür.

Bu həftələrdə Sizin ginekoloqunuz müvafiq yerləşməyə uyğun olaraq uşağınızın cinsiyyətini təyin edə bilər.

Sizin körpəniz bunu düşünür

„Sən mənim necə həsslaşdığımı görə bilərsən.

Bu yaxınlarda, məsələn, sən lampanın qarşısında dayanıb atama məni göstərərək mənə yavaş-yavaş yaxınlaşanda mən düşündüm ki, məni sorğu-sual edirsiz. Gur işıq düz mənim gözümə düşürdü. Mən tez döndüm. Siz böyüklər necə də qəribəsiniz...

Digər tərəfdən, son zamanlar sizin etdikləriniz çox xoşdur. Yavaş dartınmaq və yüngül masaj... Mən bilirəm ki, siz bunu mənə görə yox, bədəndəki dəri dartınmalarına görə edirsiniz. Amma fərqi yoxdur, əsas odur ki, siz məni sığalladınız.“

Hamiləliyin 17-20 – ci həftəsi

Qarında musiqi

Sizin körpəniz artıq musiqiyə reaksiya verir və səsləri aydın şəkildə ayıra bilər. 5-ci ayın sonunda artıq onun ana bətnindən kənarda sağ qalmaq şansı var. Baxmayaraq ki, 20-ci həftədə uşağınız 20 sm uzunluğunda və 240 qr çəkidə olacaq.

Bəzi qadınlar bu həftələri təcrübənin azaldılması kimi qeyd edirlər. Bu sizi həvəsdən salmasın, bu əsl mənada əmək ağrılardır, sizin bədəniniz sadəcə olaraq doğuşa hazırlaşır.

Sizin körpəniz bunu düşünür

„Oh!

Bax sənə deyirəm, belə bir hıçqırıq körpəni ana bətnində daha dərinliyə aparır. Amma bu elə də pis deyil, ana. Və yəqin ki, bu tez-tez baş verəcək.

Bundan başqa mən burda özümü çox sevirəm. Xüsusən də mənim eşitməm hər gün daha da yaxşılaşır. Hərdən mən hər kəsin eyni anda danışdığı vaxt sənin səsini eşidə bilirəm. Oy, bu çox gözəldir. Sənin səsin həmişə gözəl səslənir!“

Hamiləliyin 21- 24-ci həftəsi

İki dəfə artıq sürətlə inkişaf

Bu həftədə körpəniz çəkisini iki dəfə artıracaq. Onun gözləri açılır və bağlanır və o, nəfəs almağa başlayır. O, əvvəlkinə nisbətən indi stres və həyacanı hiss etməyə başlayacaq. İndi körpə düzgün mövqe tutur. Əllər sinədə və ayaqlar yuxarıda olur.

Bizim tövsiyəmiz: hamiləlik zamani Siz diş həkiminə tez-tez getməlisiniz. Ən azı iki dəfə məsləhət görülür.

Sizin körpəniz bunu düşünür

„Oh, yaxşı ana!

Əgər sən müdirinizə göstərməyə çalışırsan ki, sən hələ də firmanın işinə yaraya bilərsən, bu zaman məni də düşünməlisən. Bu zaman sənin kolleqalarınla əlavə stresli vəəziyyətlər olur... Sənin kimi mən də stresli vəziyyətdə oluram. Gələcəkdə, xahiş edirəm, belə streslər yaşama, çünki indi mən sənin bütün hisslərini yaşayıram. Sən heç hiss etməmisən ki, mən sənin qarın divarına necə təpikləyirəm ki, bəlkə sən sakitləşəsən.

Bu ayda mənim işim kifayət qədər ağırdır. Mən çox sürətlə böyüməliyəm və bu ancaq mənim yaxşı istirahət edəcəyim vaxt mümkün olacaq. Əgər səni nəsə incidirsə, dayan və düşün, sənə hansı daha çox vacibdir: yalnız sən və mən. O zaman biz hər ikimiz özümüzü yaxşı hiss edərik.“

Hamiləliyin 25-28 –ci həftəsi

Artıq kifayət qədər ağır çəki

25 həftədən sonra sizin uşağınız 1000 qr çəkidə və təxminən 32 sm uzunluğunda olur. O, musiqiylə ritmik hərəkət edir və qarın divarlarında sığala və masaja reaksiya verir. Əgər o yaramazdırsa, və ya sizinlə danışmaq istəyirsə, o, qarnınıza doğru təpik vurur. Tezliklə Siz bu siqnalları şərh edə bilərsiniz. İndi sizin doğuşa hazırlıq kurslarına yazılmağınız vaxtı gəlib çatmışdır.

Sizin körpəniz bunu düşünür

“Mənim otağımla əlaqədar dəyişikliklərə siz nə dərəcədə səy göstərmisiniz!

Əlbəttə mən şən abu-havanı qiymətləndirirəm, amma mən sizə elə indi deyə bilərəm: mən burdan çıxanda ilk növbədə səninlə olmaq istəyirəm, ana! Mümükün qədər yaxın. Buna görə də mənə uyğun olan bir mebel axtarın, məsələn sizin çarpayınızın yaxınlığında yerləşən bir mebel çox yaxşı olar.

Yəqin ki, mənim ətrafda baş verənlərə necə reaksiya verməyim artıq sizin diqqətinizi cəlb edib. Xahiş edirəm, çoxlu gözəl musiqilər dinləyin və məni çox gəzdirin. Nəticədə bizi yalnız qarın örtüyü ayırır. Və bu da uzunmüddətli deyil!“

Hamiləliyin 29-32-ci həftəsi

Balaca hazır bir insan!

Əgər Sizin uşağınız indi doğulmuş olsaydı, o, ana bətnindən kənarda nisbi olaraq yaşaya bilərdi. Dərinin artıq istilik tənzimləyici funksiyası formalaşmışdır. Yığılmış vəziyyətdə onun boyu eninə və uzununa 38 sm, çəkisi isə 2-2.5 kq təşkil edir.

Hamiləliyin 29-cu həftəsində hamilə qadınlar nəfəs darlığından əziyyət çəkir. Tez-tez fasilələr və rahat bir temp indi çox vacibdir.

Sizin körpəniz bunu düşünür

„Ana, mən sənə deyə bilərəm ki, bura necə daralıb.

Mənim əvvəlki komfortlu evim indi şkaf kimi görünür. Mən onsuz da lazımı qaydada uzanmıram. Mən anlamıram, siz o qədər gülməli düşünürsünüz ki: «Baxın onun dizləri ...» və «Əla, bu ayaqları ola bilər!».  Mən danışdıqlarınızın hamısını eşidirəm. Yox, mən zarafat edə bilmirəm, amma mənim qəhqəhə ilə gülmək üçün daha yerim qalmayıb.

Sizin nə qərar verdiyiniz, düzünü desəm, məni maraqlandırmır, hovuzda su ilə doğulacam, xəstəxanada və ya evdə anadan olacam. Əsas vacib olan budur ki, sən özünü rahat hiss edirsən və mən doğuş kanalından rahat keçə biləcəyəm. O zaman sən məni dərhal qucağına ala biləcəksən.”

Hamiləliyin 33-36-cı həftəsi

Böyümək və gözləmək

Sizin uşağınızın ayaqlarının hətta barmaq və drnaqları artıq tamamilə formalaşıb. O, dünyanı qarşılamağa hazırıdr. Ayın sonunda o, dönür və başı çanaq sahəsində yerləşir. Bu doğuşun vaxtı deyil. Düşünmək zamanıdır:

  • Doğuş zamanı yanınızda kimin olmasını istərdiniz?
  • Xəstəxananızda uşağın ananın otağında onunla qala bilməsi üçün “otaq” varmı? Buna icazə verilirmi?
  • Əgər döşlə qidalandırmaq ilk dəfədən alinmazsa, ona bu sahədə dəstək göstərilirmi?


Hamiləliyə və doğuşa görə məzuniyyətin başlanğıcı hamiləliyin 35-ci həftəsindəndir. İşləyən anaların doğuş vaxtına qədər 10 həftə işdən qalmaq icazələri var.

Sizin körpəniz bunu düşünür

„Doğrudurmu, mən dünyaya gələndə sən məni əvvəl bələkdə daşımaq istəyirsən?

O zaman mən dünyada bir çox şey görə bilərəm və fərq etməz səninlə yanaşı olaram. Onlara fikrini dəyişməyə icazə vermə. Bu zaman səni tez-tez çağırmaq lazım gəlməyəcək. Bundan əlavə mənim bələkdə oturmağım mənim çanaq əzələlərim üçün çox yaxşıdır. Hə ana, biz belə edək, Biz ilk vaxtlar mümkün qədər birlikdə çox qalaq.

Görürsən, fikirlərimdə mən içəridən çox çöldəyəm. Səyahət qızdırması məni basır. Bu çox maraqlı düşüncədir. Bunu hətta həkim də dedi. Mən sizin yerinizə çox sevinirəm.“

Hamiləliyin 37-40-cı həftəsi

Start vəziyyətində!

Sizin körpəniz indi “doğuş vəziyyətində”dir. İndi o, daha az aktivdir, yer çatışmazlığına görə o, daha az hərəkət edir. Onun uzunluğu təxminən 52 sm, çəkisi isə təxminən 3.5 kq-dır. Doğuşun son iki həftəsi körpə artıq böyümür.

 

Sizin körpəniz bunu düşünür

„Hansısa səbəbdən mən tərpənmək istədim.

Sadəcə elə belə. İndi mən başım üstündə yerləşirəm və çətin ki, hərəkət edə bilim. “Belə olacaqsa gələcək üçün yaxşıdır” həkim deyir. Bu sizin üçün normaldır? Siz də bütün günü ayaqlarınız göydə gəzirsiniz? Bu əyləncəli olacaq, mən də səninlə gəzməyə gedirəm!

Bundan başqa mən səyahətə tamamilə hazıram və günləri sayıram. Əlbəttə, irəlidə hələ çox iş var. Amma narahat olma. Bu bir gündən artıq davam etməyəcək. Bu atamın dedikləridir, elə deyilmi? Ən yaxşısı həmişə düşünün ki, məni ilk dəfə qucağınıza alacağınız o gözəl anlara lap az qalıb. Görəcəksiniz hər şey çox asan olacaq... Cəsarətli olun! Sizi xoş macəralar gözləyir!“