HİPP orqanik keyfiyyəti

Orqanik- sizin körpəniz üçün ən yaxşısıdır.

Körpələrin tərkibində zərərli maddələr olmayan sağlam dadlı qidaya ehtiyacı var. 50 ildən çoxdur ki, HİPP şirkəti yüksək keyfiyytəli uşaq qidasının istehsalını  uğurla həyata keçirir.

260-dan çox laborator yoxlamalar

Baxmayaraq ki, biz yalnız seçilmiş maddələrdən istifadə edirik, bizi yüksək keyfiyyətə aparan bu yolda ciddi çox mərhələli sistem müşayiət edir. Hər qabın tərkibi öz növbəsində ciddi nəzarət sistemi ilə 260-dan çox keyfiyyət yoxlamalarından keçir: torpağın tədqiqatı, xammal təhlili və hazır məhsulun sınağı. Fermerlər məhsulu yığanda, tərəvəz və meyvə ilə bizi təchiz edəndə xammal zərərli maddələrə görə yoxlanılır. Və əgər laboratoriya məhsulda zərərli maddələr tapırsa, biz bu xammalın istifadəsindən imtina edirik.