Orqanik süd

HİPP-in südlü qarışıqları üçün orqanik süd haradan gəlir?

HİPP yalnız ciddi işləyən, orqanik əkinçilik qaydalarına uyğun olan fermerlərin təssərrüfat südündən istifadə edir. İnəklər cinsi xüsusiyyətlərinə görə saxlanılır və təbii otlaqda ildə 200 gündən çox otarılır, gübrə və kimyəvi-sintetik qoruyucu və bitki artımının stimullaşdırıcıları vəsaitlərindən istifadə olunmur.

Bu cür heyvanın təbii qidalanması (ot, ot-alaf və taxıl ilə) orqanik keyfiyyətin yüksək zəmanətini verir. Onun əsasında qida maddələri ilə zəngin sağlam süd istehsal olunur. Beləliklə, HİPP-in orqanik süd məhsulu əvəzolunmaz olur.

HİPP-in orqanik südü ciddi nəzarətdən keçir.

Bütün bunlar əlavə müstəqil instansiyalar ilə plansız yoxlamalar üzrə təsdiq olunur. Bundan əlavə, HİPP bütün məhsullarına qanunla tələb olunandan daha çox öz ciddi laboratoriya testləri çərçivəsində də nəzarət edir. Beləliklə, biz Sizin körpəniz üçün yalnız ən yaxşı orqanik südün istifadəsinə zəmanət veririk.