Orqanik keyfiyyətli ət

Orqanic mal əti

Böyük və cavan heyvanlar HiPPin nəzarəti altında orqanik fermalarda saxlanılır. Heyvanlar təbii mühitdə, açıq havada uzun müddət otarılır. Bu şərait onları davamlı və güclü edir. Belə heyvanlar tamamilə sağlamdır. Artım tənzimləyici vasitələri qəti qadağandır. Dərman alan danalar təcrid olunur. Heyvanların qidalanmasında biz yalnız orqanik qidadan istifadə edirik.

Orqanik donuz əti

HİPP yalnız sənədləşdirilimş heyvanların məhsullarını istifadə edir. Onlar həyat boyunca sağlam olurlar. Donuz saxlanılan yerin ölçüləri, gəzinti yeri və heyvanların qrup sayı donuzun fizioloji tələblərinə uyğun olaraq müəyyən edilir.

Ev quşları orqanik kənd təsərrüfatı şəraitində saxlanılır.

Yalnız cinsi xüsusiyyətlərinə uyğun saxlanması deyil, həmçinin təbiət ilə təmasda olması toyuğu orqanik edir. Qidalanma da mühüm bir rol oynayır: HİPP-in orqanik toyuqları orqanik əkinçilik üsulu ilə yetişdirilir və onlar orqanik qida alırlar. Həmçinin toyuqlar sərbəst gəzir, onlar yeri qazır və qumda çimirlər. Onların saxlanılmasına baytarlıq xidməti tərəfindən daima nəzarət edilir. Hindtoyuqları açıq havada, böyük bir ərazidə istədiyi kimi yaşayır. Və əlbəttə onlar yalnız orqanik taxıl ilə qidalanır.