Qidalanma planı: 4 ayından 6 aya qədər*

Ana südü- körpənin ana südü ilə mümkün qədər uzun müddət qidalanması çox vacibdir.

* Əlavə qidalanmanın məhsullarını körpənin qida rasionuna 4 ayından 6 ayına qədər əlavə etmək lazımdır.

Əlavə qidalanma üçün düzgün zaman

Əlavə qidalanmanın məhsullarını körpənin qida rasionuna 4 ayından 6 ayına qədər əlavə emək lazımdır*.

Bəzi uşaqlar 4-5 ayından artıq iştahı yalnız ana südü ilə təmin edə bilmirlər və 5 aydan əlavə qidalanmanın verilməsinə ehtiyacları var. Digər uşaqlara isə ana südü kifayət edir və onlar yalnız 6 ayından əlavə qidalanmanın verilməsinə hazırdır. Əlavə qidalanmanın başlanması haqqında qərarı həmişə uşağın inkişafı istiqamətində verməlisiz.

Sizə elə gəlir ki, körpəniz ana südü ilə doymur? Sizin körpəniz başını sərbəst tutur və yeni qida məhsullarına və qaşığa maraq göstərir? Onda əlavə qidalanmanı başlamaq lazımdır. Əgər əmin deyilsinizsə, uşaq həkiminizlə məsləhətləşin. 

Əgər körpəniz pürenin ilk qaşığını tüpürürsə, səbrli olun. Çünki o, qidanı udmağı öyrənməlidir. Bir neçə qaşıq ilə başlayın və uşağa vaxt verin ki, o, yeni qidalanma formasına vərdiş etsin. 

*Avropa Cəmiyyətinin uşaq qastroenteroloji, hepatoloji və bəslənmə üzrə tövsiyə komitəsi ESPGHAN, 2008 

Körpə üçün  əlavə qidalanma niyə çox vacibdir?

Ana südü və ya südlü qarışıqlar körpənizin həyatının 4-6 ayından onun orqanizmini bütün qidalı maddələrlə və lazımi enerji ilə  kifayət qədər təmin etmir. Üstəlik, bərk qidaya keçdikdə ağız əzələləri məşq edir. Nəhayət, əlavə qidalanmanın tətbiqində körpə bir sıra dad istiqamətləri ilə tanış olacaq. Onun inkişafı üçün bu çox vacibdir.

Əlavə qidalanmanı nə zaman başlamaq lazımdır?

Tədricən ana südü ilə qidalanmanın birini əlavə qidalanma ilə əvəz etmək lazımdır - əvvəl naharı, sonra axşam yeməyini və nəhayət qəlyanaltı zamanını. Səhər yeməyini körpə vərdiş etdiyi südlü qida ilə qidalanır. HİPP-in məhsulları ilə əlavə qidalanmanı başlamaq sadə məsələdir. İlk qaşıq üçün HİPP-in tərəvəz və ya meyvəli püresi ideal olar.

Birinci addım: nahar

Əlavə qidalanmanı nahar vaxtı HİPP-in tərəvəz püresindən (məsələn “Körpənin ilk püresi balqabaq”,” Körpənin ilk püresi gül kələmi”) başlamağı  tövsiyə edirik. Sonra körpənizin doyması üçün onu döşlə və ya şüşə qabdan qidalandırın. Hər gün tərəvəz püresinin miqdarını 1 qaşıq artırmaq olar. Əgər tərəvəz dərhal körpənizin xoşuna gəlməsə, səbirli olun. Növbəti günlərdə tərəvəz püresinin təkrar tətbiqinə cəhd edin.

Növbəti həftədə Siz körpənizin qida rasioununu HİPP-in digər tərəvəz çeşidləri ilə genişləndirə bilərsiz, məsələn ”Yerkökü. Körpənin ilk püresi” və ya “Kartof. Körpənin ilk püresi”.

Əgər körpəniz tərəvəzi yaxşı mənimsəyirsə, onda 3-cü həftəsində Siz qida rasionuna dənli sıyığı əlavə edə bilərsiz və desert kimi bir neçə qaşıq vitamin “C”  ilə zəngin  meyvəli püreni də təklif edə bilərsiz. Vitamin “C” dəmirin orqanizmində yaxşı mənimsənilməsinə kömək edir. Uşaq nahar zamanı pürenin bütün hissəsini yeməyə başlayan kimi bu yemək ərzində ona ana südü və ya südlü qarışıq verməyin.

Məsləhət: Qidalanma üçün püreni lazımi qədər isidin. Qalan hissəsini isə bağlı qabda soyuducuda saxlayın.

Qeyd! Əgər siz mikrodalğalı sobadan istifadə edirsizsə, püreni isitməzdən əvvəl qapağını çıxardın. İsidiləndən sonra qarışdırın. Qabın zədələnməsinin qarşısını almaq üçün plastik qaşıqdan istifadə edin. Qidanın temperaturunu həmişə qidalanmadan əvvəl yoxlayın.

HİPP-in qrup məhsularını aşağıdakı rəng kodlaşdırmasına görə tanıyacaqsız: