Qidalanma planı: 7 ayından*

Ana südü- körpənin ana südü ilə mümkün qədər uzun müddət qidalanması çox vacibdir.

* Əlavə qidalanmanın məhsullarını körpənin qida rasionuna 4 ayından 6 ayına qədər əlavə etmək lazımdır.

Təxminən bu yaşda uşaqlarda ilk dişlər görünür. Üstəlik onlar indi dil və ağız ilə daha yaxşı hərəkət edə bilərlər. İlk kiçik tikələrlə qidaya vərdiş etməyin vaxtı gəldi.  

Səhər yeməyi: Körpələrin ehtiyaclarını ödəyən südlü qida kimi HİPP 2 növbəti südlü qarışıqlar uyğundur. İndi körpəniz südü fincandan içməyə öyrənə bilər. Bu onun inkişafına kömək edəcək və dişlərini qoruyacaq.

Gec səhər: Ana südü ilə və ya HİPP 2 növbəti südlü qarışıqlar ilə qidalandıra bilərsiniz. Əgər körpəniz çox acdırsa, ona bir qədər dənli meyvəli sıyıqlar təklif edə bilərsiniz- özünüz hazırlayıb və ya hazır sıyıqdan istifadə edə bilərsiniz. 

Nahar: körpənizə 8 ayından menyunu təklif edə bilərsiniz. Onların tərkibində çeynəməyi stimullaşdıran zərif, balaca tikələr var. Körpələrin inkişaf, xüsusilə də onun nitqi üçün çeynəməyi öyrənmək son dərəcədə vacibdir. İndi uşağı doydurmaq üçün çox miqdarda qida lazımdır. Çünki körpənin porsiyası daha da artır. 

Qəlyanaltı: Dənli-meyvəli sıyıqlar idealdır. Siz bunu özünüz sıyığı qatışdırarkən hazırlaya bilərsiniz-HİPP-in orqanik  dənli sıyığı və HİPP-in meyvəsi. Dəyişiklik üçün körpənizi "Meyvə & Yoqurt" püresi ilə yedizdirə bilərsiniz. 

HİPP-in ilk uşaq krekeri qəlyanaltı kimi əsas qidalanmaya mükəmməl əlavədir.

Axşam yeməyi: HİPP-in həll olunan quru südlü sıyıqları arasında Siz yeni növləri tapa bilərsiz.

Maye: Əlavə qidalanmanın üçüncü dərəcəsini tətbiq edəndə yemək zamanı maye təklif etməlisiniz, su, şəkərsiz çay, həll olunmuş şirələr. Bunun üçün HİPP –in suyu və çayı mükəmmək olacaq.

Tez-tez verilən suallar

Mənim körpəmin hələ də  dişləri çıxmayıb. Ona kiçik tikələrlə menyunu vermək olar mı?

Bəli, tikələr o qədər balacadırlar ki, onu damaq ilə əzə bilərlər.

Mənim uşağım kiçik tikələrlə yeməyi sevmir, nə etmək lazımdır?

Hemogenləşdirilmiş menyunu davam etmək və tədricən kiçik tikələri əlavə etmək.

Porsiyanın həcmi nə qədər olmalıdır?

Bizim 8 ayından olan qabın tərkibində körpənin yaşına uyğun porsiya var və bu yaşda olan uşaqlar onu yeyirlər. Lakin bəzi uşaqlar daha çox yeyir və ya əksinə, daha kiçik porsiyalarla kifayətlənirlər. Körpənin iştahasının dəyişməsi adi bir haldır. Əgər körpənizdə yüksək iştah varsa, ona desert olaraq meyvələr təklif edin.

Dişlərə qulluq üçün məsləhətlər:

·  körpənin dişlərin sağlamlığı üçün onların əmələ gəldiyi andan qayğı göstərin.

·  Dişləri təmizləyəndən sonra körpəni qidalandırmaq olmaz.

·  Körpənizə uzun müddət şüşə qabdan əmməyə icazə verməyin.

·  Şüşə qabdakı maye ilə  körpənizi sakitləşdirmək üçün istifadə etməyin.

·  Körpəyə şüşə qab ilə yatmağa icazə verməyin.

·  Körpənin susuzluğunu tez yatırmaq üçün qidalanma zamanı hər zaman şüşə qabı özünüzdə saxlayın.

·   Uşağı 8 ayından fincandan içməyə öyrədin.

HİPP-in qrup məhsularını aşağıdakı rəng kodlaşdırmasına görə tanıyacaqsız: