Körpəmi əlavə qidaya necə öyrəşdirə bilərəm?

Sizin körpənizin fərdi inkişafından asılı olaraq həyatının 4 ayından 6 ayına qədər südlü qidanın biri kifayət deyil. Qidalanma üzrə mütəxəssislər bu yaşda qidanın rasionunu genişləndirməyi tövsiyə edirlər və rasiona tərəvəz və ət yeməkləri əlavə edirlər. Ət tək zülal ilə zəngin deyil, həm də təbii dəmirin yaxşı təchizatçısıdır.

Əlavə qidalanmanın brinci həftəsi tam 4 ayından sonra və 6 aya qədər

Səhər yeməyiAna südü və ya HİPP südlü qarışıqlar (Pre Organic, 1 Organic, 1 Combiotic®, HA 1 Combiotic® )*
Nahardan əvvəlAna südü və ya südlü qarışıqlar (Pre Organic, 1 Organic, Pre Organic Combiotic®, 1 Organic Combiotic®, HA 1 Combiotic® )*
Günorta yeməyiHiPP tərəvəz (məsələn, yerkökü püresi, balqabaq püresi), sonra ana südü/südlü qarışıq
Nahardan sonraAna südü və ya HİPP-in südlü qarışığı (Pre Organic, 1 Organic, Pre Organic Combiotic®, 1 Organic Combiotic®, HA 1 Combiotic® )*
Axşam yeməyiAna südü və ya HİPP-in südlü qarışığı (Pre Organic, 1 Organic, Pre Organic Combiotic®, 1 Organic Combiotic®, HA 1 Combiotic® )*
Ehtiyacdan asılı olaraqUşaq çayı, uşaq suyu.

* Vacib Qeyd: Ana südü ilə qidalanma- sizin körpəniz üçün ən yaxşı qidadr. Əgər siz südlü qarışıqlara keçmək istəyirsizsə, uşaq həkiminizlə məsləhətləşin.

  • Günorta yeməyi zamanı, süd qidalanmasından əvvəl HİPP-in tərəvəzli püresindən başlayın, məsələn “Gül kələmi”, “Brokkoli”.
  • Tərəvəzdən sonra körpənin qidalanmasını doyana qədər ana südü və ya süd qarışığı ilə qidalandırın.
  • Hər gün qaşığın sayını artırın.
  • Əgər sizin körpə dərhal tərəvəzi qəbul etmir: səbr edin.Sadəcə bir neçə gün ərzində təkrar etməyə cəhd edin.
  • Yastı plastik qaşıq dairəvi kənarları ilə istifadə edin.

Əlavə qidalanmanın ikinci həftəsində

  • Tərəvəzi davam edin - yerkökü ilə kartof.

Növbəti addım

  • Sizin körpə tərəvəzə vərdiş edəndən sonra, rasiona əti daxil edə bilrəsiniz, məsələn „kartof ilə yerkökü və dana əti“. Qidanın rasiona ətin əlavə edilməsi körpənin lazımi miqdarda dəmirin alması üçün çox vacibdir.
  • Sizin körpəniz tezliklə tam hissəni yeyən kimi (190 q) südü günorta yeməyində püre ilə əvəz edin.
  • Meyvəli pürenin bir neçə qaşığı desert kimi, sizin rasionu başa vuracaq. Meyvəli pürenin tərkibində olan vitamin „C“ dəmirin mənimsənilməsinı yaxşılaşdırır.
  • Növbəti addım -südlü qidanın və ya ana südünün axşam vaxtı əvəzolunmasıdır. Südü dənli və ya südlü sıyıq ilə əvəz etmək olar. HİPPin „Gecəniz xeyrə qalsın“sıyığı buna uyğundur.
  • Yeməyin qəbulu tamamilə sıyıq ilə əvəz olunanda 6-cı ayından sonra növbəti südlü qidaya (HİPP 2 Organik, HİPP 2 Combiotik) keçmək olar. Döşlə qidalanma davam edilir.

* Əgər siz növbəti südlü qarışığı 6-cı ayın sonuna qədər vermək istəyirsinizsə, uşaq həkiminizlə məsləhətləşin.

Məsləhət: Sizin körpəniz daha bərk qidanı qəbul etdikdə ona daha çox maye lazımdır. Buna görə körpənizə içki içməyi təklif edin. Buna HİPPin suyu, çayları və ya azaldılmış meyvə şirəsi (1 hissə şirə və 2 hissə su) uyğundur.

Qeyd: Körpənizə uzun müddət şüşə qabdan sormasına imkan verməyin. Əgər sizin körpəniz mayedən imtina edərsə, narahat olmayın. Əgər uşağınızın nəcisi yumşaq, bezi nəm və ağırdırsa, deməli o kifayət qədər məhlul qəbul edir.