Uşağa qaşıqdan yeməyi necə öyrədim?

Plastik qaşıqdan istifadə edin, o, dəmir qaşıqdan da yumşaqdır. Qaşığın uşağın ağzında yerləşməsi üçün o, kiçik olmalıdır. Körpəniz südü içib bir qədər doyandan sonra ilk cəhdi edin. Ac körpə qəzəblə qaşığı rədd edəcək. Əgər sizin körpəniz püredən imtina edirsə, bu qeyri-adi qidanın bərk tərkibi ilə bağlıdır: ona şirəni təklif edin. Ən əsas-səbrdir! Siz özünüz sakit olun və növbəti cəhdi edin.

Məsləhət:

Əgər siz uşağın qidasının dadına baxmaq istəyirsinizsə, öz qaşığınızdan istifadə edin.

Qabdan qidalandırmaq üçün dəmir qaşıqdan istifadə etməyin!