Şüşə qabda qidanın istifadə qaydasının məsləhətləri

Şüşə qabda qidanın hazırlanma qaydası

Uşağınızın yeyə biləcəui qədər qidanı kənara qoyun və su hamamında o hissəni qızdırın. Su hamamının istifadəsində temperaturun 70°C-dən artıq olmamasına əmin olun- yüksək temperaturda etiket qopa bilər, şüşə qab isə əldən sürüşüb çıxa bilər.

*Vaxtın dəqiq olması sobanın növündən asılıdır.
  •  Şüşə qabı qızdırandan sonra onu plastik qaşıq ilə yaxşı qarışdırın və temperaturunu yoxlayın.
  •  Qızdırlmış püresinin qalığını istifadə etməyin.
  •  Pürenin qızdırılmayan hissəsini sıx bağlayın və soyuducuda saxlayın. Növbəti gün ərzində istifadə edə     bilərsiniz.
  • Nəzərə alın: 70°C  temperaturda şüşə qabda olan etiket qopa bilər, şüşə qab isə əldən sürüşüb çıxa bilər.

Şüşə qabın təhlükəsizliynə diqqət edin!

Şüşə qablar istehsaldan getməzdən əvvəl qablaşdırmanın təkmilləşdirilməsini yoxlayırlar. Belə ki, yalnız düzgün möhürlənmiş məhsullar satışa buraxılır. Körpənizin təhlükəsizliyi üçün qabı almazdan və ilk olaraq açmamışdan əvvəl qablaşdırmanın təhlükəsizliyini yoxlayın.

Şüşə qaba gəldikdə isə “qapaq testi” Sizə kömək edəcək: qapağın ortası bir qədər əyilmiş olmalıdır və təzyiq etdikdə çökməməlidir. Qabarıq qapağı olan şüşə qablar istifadə edilə bilməz. Bundan əlavə ilk açılışda aydın küt bir səs eşidilməlidir.