Menyu

Körpəniz kifayət qədər maye içirmi?

Körpələrin yaşdan və qidadan asılı olaraq mayenin qəbulu müxtəlifdir.

Həyatının ilk aylarında ana südü vasitəsi ilə körpənin aclığı və susuzluğu ödənilir. Əgər körpəniz tərləyir və ya çox maye itirirsə, yalnız onda əlavə mayeni su və ya çay şəklində vermək olar.

Südlü qidadan əlavə, körpənizin rasionuna əlavə qidalanma daxil edirsizsə və əlavə qidalanması daha çox artırsa, uşağa artıq maye vermək lazımdır. Əvvəl körpəniz mayeni az içəcək, çünki südlü qarışığın sahəsində bir az maye olur. 10 ayından etibarən hər qidanı qəbul edəndə ona maye lazımdır.

Həyatının ilk ilinin ikinci yarsında körpənin mayeyə ümumi ehtiyacı təxmini 0,5 l olur, o cümlədən maye, ana südü və ya uşaqlar üçün südlü qida da bura daxildir.

Susuzluğun qarşısını almaq üçün xüsusi uşaq çayları, şirələr, qaynadılmış su və ya xüsusi uşaq suyu uyğundur. Körpəyə mayeni yemək arası, yemək zamanı və ya yeməkdən sonra təklif etmək daha yaxşıdır.

HiPPin içkiləri

Qeyd:

Əgər uşaq  hər hansı bir içkini tez-tez və ya daimi şüşə qabdan içirsə, bu dişlərin zədələnməsinə səbəb ola bilər:

  • Körpənizə şüşə qabdan mayeni köməkçi vasitə kimi, əmzik əvəzinə yuxuya getmsi üçün verməyin.
  • Qidalanma zamanı şüşə qabı hər zaman öz əllərinizdə saxlayın və  körpənizin o sudan dayanmadan içməsinə nəzərət edin.
  • İlk dişin görünməsindən başlayaraq müntəzəm olaraq dişlərin gigiyenasının qayğısına qalın.
  • 8 ayından başlayaraq körpəni fincandan içməyə öyrədin.

Əlavə qidanın axtarışı