Fincandan içirik

Fincandan içməyi körpənizə öyrətmək lazımdır: buna iki, üç ay vaxt tələb oluna bilər. Buna görə də uşağı 8 ayından fincandan içməyi öyrətmək böyük əhəmiyyət kəsb edir.

Beləliklə, Siz uşağınızın fincandan istifadə etməyinə kömək edə bilərsiz: əvvəlcə şüşə qabı özünüz saxlayın və körpəyə kiçik mayenin miqdarını verin. Yemək qabının düzgün seçimi mühüm rol oynayır. Burada Sizin köməyinizə uşaq üçün xüsusi fincanlar (axıtmayan fincanlar) və ya geniş ağzı olan fincanlar çata bilər. Sizin körpəniz dar, hündür şüşə qab və ya qulplu fincanın öhdəsindən gələ bilməz. Buna görə də ona iki qulplu fincan və ya əli ilə asanlıqla tuta biləcəyi bir fincan alın.