Mənim körpəmdə qəbizlik olur

Körpənin nəcisi adətən gün ərzində 2-3 dəfə baş verir. Bəzi  körpələr öz bağırsağını gündə bir neçə dəfə boşaldırlar, digərləri isə beş gündən bir. Əgər körpənin nəcisi bərkdirsə və həftədə bir dəfə olursa, o zaman qəbizlik haqqında danışmaq olar.

Qeyd:  Əgər Sizin körpənizdə həzmlə əlaqədar narahatlıq varsa, uşaq həkiminizlə məsləhətləşin.

Südlü qarışıqla qidalanma zamanı qəbizlik

Əgər südlü qarışıqla qidalanma zamanı qəbizlik qeyd olunursa, quru qarışığın və mayenin düzgün miqdarda istifadə edilməsini yoxlayın. Əgər körpəniz qəbizliyə meyllidirsə, bizim HİPP Combiotik qarışığına keçin. Bu qarışığın  tərkibində vacib diyetik liflər var (laktozadan QOS). Bu diyetik liflər nəcisin yumşalmasına kömək edir.

Ana südünün tərkibində təbii diyetik liflər var- bu səbəbdən də döşlə qidalanan körpələrlə müqayisədə südlü qarışıqla qidalanan uşaqlarda daha çox yumşaq nəcis qeyd olunur.

Sizin körpənizə uşaq üçün idman xeyirli olacaq, o həzmi rahatlaşdırır və stimullaşdırır. Tez-tez qarın masajı edin.

Əlavə qidalanmanı qəbul edərkən qəbizlik

Əlavə qidalanmaya keçərkən nəcis daha bərk olur və körpəniz bir qədər güc veririsə,  bu normal hesab olunur. Əgər uşağınız ağlamırsa narahatçılığa hec bir səbəb yoxdur.

Adətən həzm sistemi yeni qidaya uyğunlaşanda nəcis düzəlir.

Qəbizliyə görə aşağıdakı məsləhətlər Sizə kömək edə bilər:

  • İlk növbədə əmin olun ki, uşağınız kifayət qədər maye içir. Yemək arası nəcisi yumşaldan çay və ya meyvə şirələri çox vaxt bağırsağı yüngülləşdirir.
  • Uşaq qidasını seçəndə nəcisinə yumşaldıcı təsir göstərən növlərə üstünlük verin. Məsələn, HİPPin meyvəli püresi „Alma“ və ya  tam taxıllı yeməklər („Meyvəli tam dənli sıyıqlar“, qabda püre „Meyvəli yarma sıyığı“).
  • Sizin körpənizə uşaq üçün idman xeyirli olacaq, o həzmi rahatlaşdırır və stimullaşdırır. Tez-tez qarn masajı edin.

Qeyd: Nəcisdə davamlı baş verən dəyişiklər zamanı uşaq həkiminizlə əlaqə saxlayın.