Əgər körpənin nəcisi maye şəklindədirsə, nə etmək lazımdır?

Uşağın nəcisi böyüklərdə olduğu kimi qidadan asılı olaraq, rəngə, iyə və tərkibinə görə dəyişilir (ana südü, südlü qarışıq, HA qarışıq, əlavə qidalanma). Ana südü ilə qidalananda nəcis  çox vaxt yumşaq olur.

Əgər uşaq tam südlü qarışıqla qidalanırsa, onda südlü qarışıqdan asılı olaraq, nəcis, döşlə qidalanan uşaqlarla müqayisədə bərk və ya yumşaq ola bilər.

Nəcisi yumşaldan HiPP Combiotik® südlü qarışığımızın tərkibində diyetik liflər var (laktozadan qalaktooliqosaxaridlər).

Nəcisin konsistensiyası dəyişilir və ya daha mayelidir, əgər...

  • Südlü qarışığı dəyişilibsə
  • Dişlər çıxırsa
  • Əlavə qidalanmanı az yeyirsə
  • Uşaq mayeni daha çox içirsə, məsələn, isti havada
  • Qida rasionunda meyvələrin miqdarı daha çoxdursa

Siz nə edə bilərsiz?

Vəziyyətə nəzarət etmək, bezi tez-tez dəyişmək, körpənin dərisini qorumaq üçün uşağın bezinin altına krem istifadə etmək.

Uşağın nəcisinin formalaşması üçün məsləhətlər (əlavə qidalanma zamanı)

  • Əlavə qidalanmanın məhsulları nəcisə təsir göstərə bilər.
  • Banan və yerkökü uşağın nəcisini  formalaşdırır (nəcis daha bərkdir).
  • Bizim pürelərin seçimi zamanı, “ nəcisi formalaşdırır” sözünə diqqət edin , məsələn   
  • Meyvələrin və meyvə şirələrin istifadəsini məhdudlaşdırın.

Qeyd: Əgər sizin  körpəniz bağırsaq pozğunluğundan əziyyət çəkirsə, həkiminizlə məsləhətləşin.

Hətta yenidoğulanlarda və kiçik uşaqlarda yüngül ishal ciddi xəstəliklərlə nəticələnə bilər.

Əgər nəcis mayeli və xoşagəlməzdir iylidirsə, defekasiya daha tez-tez baş verirsə, bu ishalın əlamətləridir.

Əgər sizin uşağınızda qusma və qızdırma varsa, çox güman ki, bu bağırsaq pozğunluğudur və həkimin məsləhətini tələb edir.