Körpənizin yaxşı yatması üçün məsləhətlər

Artıq hamiləliyin sonunda rahat yuxu sadə iş deyil, lakin körpənin həyatının ilk ilində həqiqətən çətin vaxtlar Sizi gözləyir. Bu tamamilə normaldır. Yenidoğulmuşlar ilk aylarında qidalanmaya gecə ehtiyac duyurlar, buna görə də onlar ayılırlar.

Buna baxmayaraq öz ehtiyaclarınız haqqında unutmayın. Sizə gündəlik gərginliyn öhdəsindən gəlmək, körpə ilə fəal və müxtəlif həyat tərzi keçirmək üçün güc lazımdır.

Gündüz fəal həyat tərzi gecə rahatlığıı təmin edəcək

Gündüz körpələr əyləncə tələb edirlər. Onlar görmək, qulaq asmaq, gəzmək və oynamaq istəyirlər. Əgər körpənizdə daha heç bir istək yoxdursa, o, başını çevirir, əsnəyir və gözlərini süzür, bu zaman ona istirahət verin. İstirahət mütləq yuxu deyil, bəzən bu sadəcə qısa fasilədir, bu zaman körpə beşikdə sakit uzanır.

Bir çox uşaq, 6 ayından başlayaraq 2 dəfə gündüz yuxusu ilə kifayətlənir, təxminən hər dəfə 90 dəqiqə: 1 dəfə nahardan əvvəl və 1 dəfə sonra. Bir yaşından böyük uşaqlar adətən 1 dəfə gündüz, nahardan sonra isə 1 saata qədər yatırlar. 

Gecəni gündüzə çevirməyin

Əgər körpəniz gecə oyanırsa, sakit olun. Əmin olun ki, onun otağında işıq və yüksək səs yoxdur. Onu dərhal yataqdan götürməyin, onu pıçıltı ilə sakitləşdirin və ya onun sevimli mahnısını yavaşca oxumağa cəhd edin. 6 ayından sonra körpələrin çoxu müntəzəm olaraq gecə qidalanmasından imtina edir.

Əgər körpəniz gecə hələ də oyanırsa, onun həqiqətən ac olmasını və ya döşü (və ya şüşə qabı) istəməsini, tez yatmaq üçün nə üçün narahat olduğunu öyrənin. Əgər o həqiqətən acdırsa, bu zaman körpənizin axşam porsiyasının kifayət qədər doyumlu olub olmamasını yoxlayın. Digər halda siz gecə qidalanmanı daha sonraki vaxta keçirməyə cəhd edə bilərsiz. 

Yuxudan əvvəlki mərasimlər

Müvafiq yuxu ritminə nail olmaq üçün əvvəl sağlam gündəlik ritmi inkişaf etdirmək lazmdır. Burada müəyyən düzgün qidanın qəbulu mühüm rol oynayır. İlk aylarında, siz axşam qidalanma üçün müntəzəm vaxt təyin edə bilərsiz. Belə ki, siz körpənizə gecə və gündüz yuxusunu inkişaf etdirmək üçün kömək edəcəksiz. Uşağınızın gecə rahat yatması üçün yatmazdan əvvəl mərasimlər kömək edəcək. Müəyyən vaxt və gündəlik təkrarlanan axşam proqramı sürətli yuxu üçün ən yaxşı yardımdır.

Körpə ilə fəal və səs-küylü təlimi erkən gündüz həyata keçirmək daha yaxşıdır. Axşamı şəkilli kitaba baxmaqdan və ya rahat divanda oturmaqdan başlaya bilərsiz. Sonra dişləri fırçalamaq üçün körpə ilə hamam otağına gedin, daha sonra isə yatağa uzandırın. Bir neçə dəqiqə körpənizin yatağın yanında olun, ona bir mahnı oxuyun və ya bir nağıl danışın. Onu öpməyi unutmayın və gecəniz xeyrə qalsın deyin. Körpənizlə yatmaq üçün daimi yer olmalıdır. Həkimlər uşaq doğulandan onu valideynlərin yatağın yanında olan ayrı yatağa  qoymağı tövsiyə edirlər. Əgər sizin uşağınız gecə ayılacaqsa, o, tanış ətrafı görüb valideynlərin köməyi olmadan yenə yatacaq.