Südlü qarışıqlar

Körpəni bir qarışıqdan digərinə necə keçirmək olar? Mənim uşağım inək südünü neçə yaşından içə bilər?

Başqa bir südlü qarışığa keçid mümkündür, lakin bir şərtlə ki, siz uşağın yaşına və qidasına aid olan tövsiyələri  riayət edəsiz. Bir qarışıqdan digər qarışığa keçəndə, əvvəlcə şüşə qabı yeni qarışıqla əvəz edin və hər gün yeni qarışıq olan şüşə qabı sayını artırın.

Həm uşağınızın həzm sistemi yeni qidalanmaya öyrənəcək, həm Siz görəcəksiniz ki,  körpəniz yeni qidanı necə qəbul edir. Bir şüşə qabda iki müxtəlif südlü qarışıqları qarışdırmaq olmaz.

İnək südünü körpələrə həyatının ilk ilində ənənəvi qida kimi yox, yalnız az miqdarda əlavələr kimi şüşə qabda vermək lazımdır.

Əgər sizin uşağınız böyükdürsə, ekspertlər səhər yeməyinə müsli ilə süd və ya fincandan içmək tövsiyə edirlər.

Mənim uşağım nə zaman hipoallergen qarışıqdan körpələr üçün adi südlü qarışığa keçə bilər?

Həyatının ilk altı ayı ərzində allergiyanın profilaktikası üçün ardıcıl diyetik qidalanma əhəmiyyətlidir.

Həyatının ilk altı ayı ərzində allergiyaya meyllli uşaqları sırf ana südü ilə və ya başlanğıc hipoallergen südlü qida ilə (HİPP HA) qidalandırmaq lazımdır.

Diqqət edin ki, siz körpənizə uyğun südəmər uşaqlar üçün südlü qidanı verməyə başlayırsız, bu tədbirlər allergiyaya qarşı profilaktik təsirini itirəcək. Körpənin həyatının birinci ilinin ikinci yarısında və sonra hipoallergen qidanı davam etmək gərəkdirmi və bunu ciddi riayət etmək çox fərdi qərardır, buna görə də tövsiyyə edirik ki, uşaq həkiminizə məsləhət almaq üçün müraciət edəsiniz.

HİPP-in az allergen məhsulalrını istifadə edərək, Siz həmişə körpənizin qidalanma planını genişləndirə bilərsiniz.

Südlü qarışıqları nə qədər vermək olar?

Başlanğıc südlü qida (məsələn HİPP pre və HİPP 1) körpələrin 0-dan 6 aya qədər qida ehtiyacını ödəyir. Növbəti südlü qida isə (məsələn HİPP 2 və 3) uşaqların 6 ayından 12 ayına qədər uyğundur.

Növbəti südlü qarışıqların məqsədi körpənin orqanizmini həyatının birinci ilinin ikinci yarısında dəmir ilə təmin etməkdir.

Südəmər körpələr üçün südlü qarışıqlar həyatının 4-cü ayından sonra faydalı qidanın addım-addım əlavə qida ilə əvəz edilməlidir.

8 ayından sonra körpəni fincandan içməyi öyrədin. Belə ki, Siz uşağınıza yeni bacarıqları öyrənməyə, fasiləsiz əmməyin qarşısını almağa kömək edəcəksiz, eyni zamanda dişlərinin çürüməsindən də qoruyacaqsınız.

Əlavə suallarınız var?

Bizimlə əlaqə saxlamaqdan çəkinməyin:

Azərbaycan, Bakı: (+99412) 493 92 84

Əlaqə forması