Menyu

Şüşə qab

Quru südlü qarışığın həll olunması üçün su hansı temperaturda olmalıdır?

Vitaminləri və  canlı südturşulu bakteriyaların kulturlarını məhv etməmək üçün, quru südlü qarışıqlara qaynar su tökməyin. Qaynadılmış və təxminən 40°–50 °C  qədər soyudulmuş suyu istifadə edin. Bu cür su ilə HİPP-in südlü  qarışıqları daha yaxşı həll olunur. İstədiyiniz temperatura nail olmaq üçün (40°–50 °) ölçü şüşəni təzə qaynadılmış su ilə bir neçə dəqiqə soyuq suda olan bir qaba qoyun.

Düzgün qidalanma temperaturunu necə müəyyən etmək olar?

Qidalanmanın temperaturunu yoxalamaq üçün, südlü qarışığın bir neçə damcısını biləyə damcıldada bilərsiz. Qarışığın temperaturu dəri üçün xoş isti olmalıdır.

Mən mikrodalğalı sobada südlü qarışığı bişirə bilərəmmi?

Əgər siz südlü qarışığı bağlamanın üzərində olan təlimata uyğun hazırlayırsızsa, mikrodalğalı sobada qızdırmaq lazım deyil, şüşə qabda hazırlanmış qarışıq artıq içməli temperaturdadır.

Mən hazır südlü qarışığı  istiliyini qoruyub saxlaya bilərəmmi?

Hazır südlü qarışıq gigiyenik səbəblərə görə körpəyə dərhal verilməlidir. Əgər Sizin uşağınız  şüşə qabının tərkibini dərhal içmirsə, növbəti qidalanma üçün ona təzə südlü qarışıq hazırlayın.

Saxlama

Açıq bağlamanın tərkibini, quru südlü qarışığı 3 həftə ərzində istifadə edin. Açıq bağlamanı südlü qarışıqlarla sərin (otaq temperaturunda) və quru yerdə, kəskin iyli maddələrdən və ya qida məhsullarından uzaq məsafədə saxlayın.

Əlavə suallarınız var?

Bizimlə əlaqə saxlamaqdan çəkinməyin:

Azərbaycan, Bakı: (+99412) 493 92 84

Əlaqə forması