Bütün vacib qida maddələri

İlk aylarda ana südü körpənin sağlam inkişafı üçün bütün vacib qida maddələrinin təchizatçısıdır. Ona görə də körpəsini döşlə əmizdirən anaların qidası sağlam və balanslaşmış olmalıdır. Uşaqları vacib vitaminlərlə, mineral maddələrlə, mikroelementlərlə, həyatı vacib yağ turşuları ilə təmin etmək üçün analar təzə meyvə, tərəvəz, bütöv dənli məhsullar və həftədə bir dəfə balıq yeməlidirlər.

Ana südünə əlavə yalnız D vitamini və ftorid verməyi məsləhət görülür. D vitamini çatışmazlığı zamanı kalsiumun sümükdə sorulması pozulur və bu da sonralar problemlərin əmələ gəlməsinə gətirə bilər. Qışda günəş az olur, yayda isə dermatoloqlar birbaşa günəşin şualarından çəkinmyi tövsiyyə edirlər. Buna görə də körpələrin həyatının ilk illərində gündəlik vitamin D qəbulu vacibdir.

Kariesin inkişafını azaltmaq üçün əlavə olaraq ftoridin qəbulu məsləhət görülür.

Uzunzəncirli polidoymamış yağ turşuları (Omega3 və 6)

Uzunzəncirli polidoymamış yağ turşuları (Omega 3 və 6) beyin, sinir sisteminin və gözün inikişafında vacib rol oynayırlar.

Əsas UZPDYT körpənin sağlam inkişafı üçün araxidon və dokozaheksaen turşularıdır ki, bunlar da ana südünün tərkibində var.

Beyin və sinir sisteminin inkişafı üçün, əsas da südəmər dövrdə Omega-3 yağ turşuları vacibdir. İlk iki il ərzində uşağın beyni çox böyüyür və inkişaf edir, ona görə Omega  yağ turşularının daimi qəbul edilməsi çox vacibdir: yenidoğulmuşun enerjiyə 0,5% təlabatı Omega-3 yağ turşuları ilə ödənilir.

Süd turşulu probiotik kulturlar

Ana südü ilə qidalanan körpələrin  bağırsaq florasının sağlam inkişafına tərkibində olan müxtəlif südturşulu bakteriyalar kömək edir. Ana öz uşağına faydalı bakteriyaları süd vasitə ilə ötürür. Ana südünün tərkibində olan canlı kulturlar, körpənin bağırsağında yerləşirlər və beləliklə bağırsaqla arzuolunmaz və ya patogen bakteriyaların yayılmasının qarşısını alır. Beləliklə, immun sisteminin hüceyrələrinin 70%-i bağırsaqda yerləşdiyinə görə xüsusi müdafiə  yaranır.

Ana südünün tərkibində olan pəhrizli liflər

Ana südün tərkibində olan oliqosaxarid şəklində pəhrizli liflər bir qida mühiti kimi südturşulu bakteriyalara xidmət edir və beləliklə sağlam bağıraq florasının formalaşmasına kömək edir.

Ana südünün tərkibində olan digər qiymətli qoruyucu maddələr

    Ana südü ilə Sizin körpəniz onun sağlam inkişafına kömək edən digər vacib maddələr alır.

     Bəzi nümunələr:

    • Anti cisimlər (imunoqlobulinlər) və ya lizosim: bakteriyalara birbaşa təsir göstərir.

    • Antioksidantlar və müxtəlif vasitəçilər: infeksiyalarla mübarizədə  orqanizmə  kömək edir.

    • Laktoferrin: orqanizmə dəmiri mənimsəməyə kömək edir, eləcə də antibakterial təsir göstərir.

    • Ana südünün müəyyən komponentlərinin dəqiq funksiyası məlum deyil.

    • Kəşf edilməmiş hələ də bir çox digər komponentlər var.